Xəbər lenti

Azərbaycanın iki gimnastı Dünya Kubokunda qızıl medal qazandı
İdman12:18 02.06.2019

Azərbaycanın iki gimnastı Dünya Kubokunda qızıl medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın idman gimnastları Sloveniyanın Koper şəhərində "Challenge” seriyasına aid Dünya Kubokunda 2 medal qazanıblar.
Qaynarinfo federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Marina Nekrasova və Nikita Simonov iki qızıl medala sahib olublar. Beləliklə, "Bonifika” idman arenasında bir gündə iki dəfə Dövlət Himni səsləndirilib.
Nekrasova dayaqlı tullanma ilə hərəkətlərinə görə 14.475 xal, Simonov isə halqalarla çıxışda 14.600 xal toplayıblar.