Xəbər lenti

Cəlilabadda taxıl sahəsi yandı
Ölkə07:34 05.06.2019

Cəlilabadda taxıl sahəsi yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəlilabad rayonunun Günəşli kəndində 10 hektar taxıl sahəsi yanıb. 
Qaynarinfo Report-a istinadən xəbər verir ki, hadisə kənd sakinləri - Elman Dadaşov və Sabir Qasımova məxsus taxıl sahələrində baş verib. 
Yanğın 3 hektar biçilməmiş və 7 hektar biçilmiş ərazini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvələri cəlb edilməklə alovun qarşısı alınıb. 
İlkin məlumata görə, yanğına səbəb ərazidən keçən elektrik naqillərindəki qısaqapanma olub. 
Faktla bağlı araşdırma aparılır.