Xəbər lenti

Millimizin heyəti açıqlandı
İdman15:23 27.08.2019

Millimizin heyəti açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
APA-nın məlumatına görə, yığmamızın xorvatiyalı baş məşqçisi Nikola Yurçeviç komandamızın sentyabrda keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşdirib.
O, qarşıdakı görüşlər üçün təlim-məşq toplanışına 23 futbolçu çağırıb. Bu oyunçular hazırlıq üçün sentyabrın 2-də bir araya gələcəklər.
Millimiz sentyabrda iki oyunda qüvvəsini sınayacaq. Yığmamız AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində ayın 6-da Uels, üç gün sonra Xorvatiya ilə görüşəcək. İlk matçı səfərdə keçirəcək komandamız ikinci oyuna evdə çıxacaq.
Səlahət Ağayev
Neftçi
Emil Balayev
Tobol (Qazaxıstan)
Şahruddin Məhəmmədəliyev
Qarabağ
Maksim Medvedev
Qarabağ
Ömər Buludov
Neftçi
Rahil Məmmədov
Qarabağ
Anton Krivotsyuk
Neftçi
Pavel Paşayev
Oleksandriya (Ukrayna)
Şəhriyar  Rəhimov
Səbail
Təmkin Xəlilzadə
Sabah
Bəhlul Mustafazadə
Sabah
Qara Qarayev
Qarabağ
Riçard Almeyda
Qarabağ
Emin Mahmudov
Neftçi
Dmitri Nəzərov
Erzgebirge Aue (Almaniya)
Cavid Hüseynov
Zirə
Rəşad Eyubov
Sabah
Mahir Emreli
Qarabağ
Araz Abdullayev
Qarabağ
Ramil Şeydayev
Dinamo (Moskva, Rusiya)
Rüfət Dadaşov
Proysen Münster (Almaniya)
Renat Dadaşov
Pakuş de Fereyra (Portuqaliya)
Ağabala Ramazanov
Səbail