Xəbər lenti

Çempionlar Liqasının püşkü atıldı
İdman17:09 29.08.2019

Çempionlar Liqasının püşkü atıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb.
Qaynarinfo xəbər verir ki, Monakoda keçirilən mərasimdə qitənin ən güclü 32 komandası 8 qrupa bölünb. 
Türkiyənin "Qalatasaray" klubu PSJ, "Real" və "Brügge" ilə birlikdə A qrupunda mübarizə aparacaq.
Qeyd edək ki, qrup mərhələsində I dövrənin oyunları sentyabrın 17-18-də, oktyabrın 1-2-də və 22-23-də, II dövrənin görüşləri noyabrın 5-6-da, 26-27-də və dekabrın 10-11-də keçiriləcək. İlk iki yeri yeri tutacaq komandalar 1/8 finala, 3-cü yerlər Avropa Liqasına vəsiqə qazanacaq.
Çempionlar Liqası
Qrup mərhələsi
A qrupu
PSJ (Fransa)
Real (İspaniya)
Brügge (Belçika)
Qalatasaray (Türkiyə)
B qrupu
Bavariya (Almaniya)
Tottenhem (İngiltərə)
Olimpiakos (Yunanıstan)
Srvena Zvezda (Serbiya)
C qrupu
Mançester Siti (İngiltərə)
Şaxtyor (Ukrayna)
Dinamo (Zaqreb, Xorvatiya)
Atalanta (İtaliya)
D qrupu
Yuventus (İtaliya)
Atletiko (İspaniya)
Bayer (Almaniya)
Lokomotiv (Rusiya)
E qrupu
Liverpul (İngiltərə)
Napoli (İtaliya)
Zalsburq (Avstriya)
Genk (Belçika)
F qrupu
Barselona (İspaniya)
Borussiya (Dortmund, Almaniya)
İnter (İtaliya)
Slaviya (Çexiya)
G qrupu
Zenit (Rusiya)
Benfika (Portuqaliya)
Olimpik (Lion, Fransa)
Leypsiq (Almaniya)
H qrupu
Çelsi (İngiltərə)
Ayaks (Hollandiya)
Valensiya (İspaniya)
Lill (Fransa)