Xəbər lenti

Azərbaycan millisinin heyəti açıqlandı
İdman12:56 02.10.2019

Azərbaycan millisinin heyəti açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli komandamızın heyəti açıqlanıb.
Qaynarinfo xəbər verir ki, baş məşqçi Nikola Yurçeviç 23 futbolçuya dəvət göndərib.
23 futbolçudan 6-sı lrgionerdi. Belə ki, Yurçeviç Qazaxıstanın "Tobol", Ukraynamın "Aleksandriya", İspaniyanın "Albasete, Rusiyanın "Dinamo" (Moskva), Almaniyanın "Proyssen Münster" və Portuqaliyanın "Pakuş de Fereyra" klublarının üzvlərinə dəvət göndərib.
Qapıçılar: Səlahət Ağayev ("Neftçi"), Emi Balayev ("Tobol", Qazaxıstan), Şahruddin Məhəmmədəliyev ("Qarabağ")
Müdafiəçilər: Şəhriyar Əliyev ("Sumqayıt"), Ömər Buludov ("Neftçi"), Abbas Hüseynov, Bədavi Hüseynov (hər ikisi "Qarabağ"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna), Şəhriyar  Rəhimov ("Səbail"), Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə (hər ikisi "Sabah")
Yarımmüdafiəçilər: Qara Qarayev, Riçard Almeyda, Mahir Emreli, Araz Abdullayev (hamısı "Qarabağ"), Emin Mahmudov ("Neftçi"), Eddi İsrafilov ("Albasete, İspaniya), Cavid Hüseynov ("Zirə"), Rəşad Eyubov ("Sabah")
Hücumçular: Ramil Şeydayev ("Dinamo", Moskva, Rusiya), Rüfət Dadaşov ("Proyssen Münster", Almaniya), Renat Dadaşov ("Pakuş de Fereyra", Portuqaliya), Ağabala Ramazanov ("Səbail").
Qeyd edək ki, oktyabrın 6-da bir araya gələcək millimiz Bakıda iki gün hazırlıq keçdikdən sonra oktyabrın 8-də Bəhreynə yollanacaq. Oktyabrın 9-da bu ökənin yığması ilə yoldaşlıq matçı keçirəcək komandamız ayın 13-də Avro-2020-nin seçmə mərhələsində səfərdə Macarıstanla qarşılaşacaq.