Xəbər lenti

"Azərişıq" gücləndirilmiş iş rejiminə keçir
Ölkə17:06 29.12.2019

"Azərişıq" gücləndirilmiş iş rejiminə keçir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərişıq” ASC 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
ASC-nin mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, bununla əlaqədar, Səhmdar Cəmiyyətin Mərkəzi Aparatında, Regional Enerji Təchizatı və Satışı idarələrində, şəhər və rayon elektrik şəbəkələrində növbətçilik rejimi tətbiq edilərək, qəza xidməti və "199” Çağrı mərkəzi 24 saat istehlakçıların xidmətində olacaq.
Bayram və qeyri-iş günlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatının təmin olunması, həmçinin bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz elektrik enerjisi təminatı məqsədilə bütün təşkilati və texniki tədbirlər görülüb.
İstehlakçılardan xahiş olunur ki, yarana biləcək hər hansı problemlə əlaqədar "Azərişıq” ASC-nin "199” saylı Çağrı mərkəzinə müraciət etsinlər.