"Afrika sizinçün sınaq meydançası deyil".
Qaynarinfo xəbər verir ki, bu sözləri ulduz futbolçu, "Barselona"nın keçmiş hücumçusu Samuel Eto koronavirus peyvəndlərinin effektivliyini Afrikada sınaqdan keçirməyi təklif edən elm adamlarını kəskin tənqid edərək öz İnstaqram hesabında yazıb.
Bu təkilf Fransanın LCI kanalında professor Jan-Pol Mira və professor Kamil Loxt tərəfindən yayımlanan bir veriliş zamanı irəli sürülüb.
Seneqal milli komandasının keçmiş oyunçusu Demba Ba da professorların dediklərinə öz etirazını bildirib.
"Ağ adamların özlərini çox üstün hesab etdiyi və irqçiliyin adi hal aldığı Qərbə xoş gəldiniz", - Demba Ba yazıb.
Alpər