Xəbər lenti

"Sabah" baş məşqçisini istefaya göndərdi
İdman07:33 03.07.2020

"Sabah" baş məşqçisini istefaya göndərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sabah" klubu baş məşqçisi Jelko Sopiçlə yollarını ayırıb. 
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, 43 xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 
Paytaxt təmsilçisi Sopiçə göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb. 
Qeyd edək ki, ötən ilin dekabrında baş məşqçi postuna gətirilmiş Jelko Sopiçin klubla müqaviləsi 2021-ci ilin yayında başa çatmalı idi.