Xəbər lenti

Çempionlar Liqasının qalibi müəyyənləşir
İdman05:00 23.08.2020

Çempionlar Liqasının qalibi müəyyənləşir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Çempionlar Liqasının final matçı keçiriləcək. 
Qaynarinfo xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabondakı görüşdə Fransanın PSJ komandası ilə Almaniya "Bavariya"sı üz-üzə gələcək. İtaliyalı Daniele Orsatonun idarəyə edəcəyi matç "Estadio da Luş" stadionunda Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 
Bu oyun komandaların avrokuboklarda 9-cu dueli olacaq. PSJ və "Bavariya" indiyədək Çempionlar Liqasının qrupunda 8 dəfə üz-üzə üz-üzə gəliblər. Bunların 5-də Paris təmsilçisi, 3-də isə münhenlilər qələbə qazanıb. PSJ-nin 12 qoluna, "Barvariya" 11 topla cavab verib. 
PSJ tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirinin baş mükafatına yiyələnmək niyyətindədir. Paytaxt klubu Fransa çempionatının son 8 mövsümündə 7 dəfə qalib olsa da, ilk dəfə ÇL-də finala yüksəlib. Fransa komandası turnirin qalibi olacağı təqdirdə, kuboku qazanan 23-cü komanda kimi tarixə düşəcək. 
5 dəfə Çempionlar Liqasının qalibi olmuş "Bavariya" isə son olaraq 2013-cü ildə bu titulu əldə edib. Münhen təmsilçisi 6-cı dəfə də istəyini gerçəkləşdirsə, İngiltərə "Liverpul"u ilə birlikdə ÇL-i ən çox qazanan üçüncü komanda olacaq.  
Bu oyun həmçinin Çempionlar Liqasının finalları tarixində ikinci alman-fransız dueli olacaq. İlk dəfə "Bavariya" 1975/1976 mövsümündə "Sent-Etyen"i 1:0 hesabı ilə üstələyib. 
Çempionlar Liqası
Final
23 avqust
23.00 PSJ (Fransa) - Bavariya (Almaniya) 
Baş hakim: Daniele Orsato (İtaliya).
"Estadio da Luş" stadionu.