Xəbər lenti

Vilayət Eyvazovdan yeni təyinat
Ölkə10:38 12.11.2020

Vilayət Eyvazovdan yeni təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xaçmaz Rayon Polis Şöbəsində (RPŞ) kadr dəyişikliyi olub.
Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini Teymur Mehvalıyev vəzifəsindən azad edilərək, Xaçmaz Rayon Mühafizə Bölməsinə rəis təyin olunub.
Nazirin digər əmri ilə onun yerinə Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə Vüqar Orucov təyinat alıb. 
Xatırladaq ki, bu təyinata qədər V.Orucov Xaçmaz RPŞ-nin Təhqiqat Bölməsinin rəisi vəzifəsində çalışıb.