Xəbər lenti

Əməkdar artist vəfat etdi
Ölkə18:43 17.11.2020

Əməkdar artist vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Əməkdar artisti, Prezidentin fəxri təqaüdçüsü Qaraxan Behbudov uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.
Bu barədə "Qafqazinfo”ya mərhumun qızı Zülfiyyə Behbudova məlumat verib.
Qeyd edək ki, Qaraxan Behbudov 1935-ci ildə Ağdam rayonunda anadan olub. Xan Şuşiniski məktəbinin yetirməsi olan Behbudovun "Qarabağ xananəndələri” albomunda da səs yazıları var.  O, "Bayatı-Şiraz" muğamının mahir, orijinal ifaçısı kimi tanınıb.