Xəbər lenti

Salyanda şəhid dəfn olundu (FOTO)
Ölkə08:12 13.12.2020

Salyanda şəhid dəfn olundu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Salyan rayonunda Vətən müharibəsinin 20 yaşlı şəhidi dəfn edilib.
"Report” verir ki, rayonun Şorsulu kənd sakini, 2000-ci il təvəllüdlü şəhid Abbasov Əvəz Mais oğlunun nəşi doğulduğu kənd qəbristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, Salyan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Ə.Abbasov müddətdən artıq hərbi xidmətdə qulluq edirdi.
Allah rəhmət eləsin!