Geridə qoyduğumuz 2021-ci il dünya futbolunda bir çox transferlərlə yadda qaldı. Uzun müddət oynadığı klubu dəyişən superulduzlar və digər dünyaca məşhur futbolçuların karyeralarında yeni səhifə açması yəqin ki, uzun müddət 2021-ci ili yaddaşlardan silməyəcək.
Qaynarinfo həmin diqqətçəkən transferləri nəzərinizə çatdırır:
Lionel Messi: Keçmiş komandası: "Barselona" (İspaniya), yeni komandası: PSJ (Fransa) - Azad agent
Kriştiano Ronaldo: "Yuventus" (İtaliya), "Mançester Yunayted" (İngiltərə) - 23 milyon avro
Serxio Ramos: "Real" (İspaniya), PSJ (Fransa) - Azad agent
Serxio Aquero (karyerasını bitirib): "Mançester Siti" (İngiltərə), "Barselona" (İspaniya) - Azad agent
Cek Qriliş: "Aston Villa" (İngiltərə), "Mançester Siti" (İngiltərə) - 117 milyon avro
Ferran Torres: "Mançester Siti" (İngiltərə), "Barselona" (İspaniya) - 55 milyon avro
Romelu Lukaku: "İnter" (İtaliya), "Çelsi" (İngiltərə) - 115 milyon avro
Antoin Qrizman: "Barselona" (İspaniya), "Atletiko" (İspaniya) - İcarə
David Alaba: "Bavariya" (Almaniya), "Real" (İspaniya) - Azad agent
Canluici Donnarumma: "Milan" (İtaliya), PSJ (Fransa) - Azad agent
Mesut Özil: "Arsenal" (İngiltərə), "Fənərbağça" (Türkiyə) - Azad agent
Miralem Pyaniç: "Mançester Siti" (İngiltərə), "Barselona" (İspaniya) - İcarə
Erik Qarsiya: "Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya) - Azad agent
Radamel Falkao: "Qalatasaray" (Türkiyə), "Rayo Valyekano" (İspaniya) - Azad agent
Memfis Depay: "Lion" (Fransa), "Barselona" (İspaniya) - Azad agent
Hakan Çalhanoğlu: "Milan" (İtaliya), "İnter" (İtaliya) - Azad agent
Aşraf Hakimi: "İnter" (İtaliya), PSJ (Fransa) - 60 milyon avro
Corcinyo Viynaldum: "Liverpul" (İngiltərə), PSJ (Fransa) - Azad agent
Olivye Jiru: "Çelsi" (İngiltərə), "Milan" (İtaliya) - 2 milyon avro
Ben Vayt: "Brayton" (İngiltərə), "Arsenal" (İngiltərə) - 58 milyon avro
Mario Balotelli: "Monza" (İtaliya), "Adana Demirspor" (Türkiyə) - Azad agent
Mişi Batuşayi: "Çelsi" (İngiltərə), "Beşiktaş" (Türkiyə) - İcarə
Emerson Royal: ("Barselona"), "Tottenhem" (İngiltərə) - 25 milyon avro
Moyze Kin: "Everton" (İngiltərə), "Yuventus" (İtaliya) - İcarə, 38 milyon avro satınalma seçimi
Səbuhi Həsənov