Xəbər lenti

Nazirdən yeni təyinat
Ölkə08:24 10.02.2021

Nazirdən yeni təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul xidməti Alayının komandirinə yeni müavin təyin edilib.
Qaynarinfo-nun Unikal.org-a istinadən məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Pərvin Səfərəliyev YPX Alayının xidmət üzrə komandir müavini vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, o, bu təyinatadək Alay komandirinin şəxsi heyətlə iş üzrə köməkçisi idi.