Xəbər lenti

Vəkillərin cərimələnməsini nəzərdə tutan dəyişiklik qəbul edildi
Ölkə08:59 09.07.2021

Vəkillərin cərimələnməsini nəzərdə tutan dəyişiklik qəbul edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda bir sıra cərimələr artırılır.
Qaynarinfo xəbər verir ki, bununla bağlı sənədlər Milli Məclisin növbədənkənmar iclasında müzakirəyə çıxarılıb.
Parlament İnzibati Prosessual Məcəlləyə və Mülki Prosessual Məcəlləyə dəyişikliki qəbul edib.
Dəyişikliklərə əsasən, məhkəməyə sübutların təqdim edilməməsinə görə intizamlandırıcı tədbir olaraq tətbiq olunan 50 manat cərimənin məbləğinin 2000 manatadək artırılması təklif olunub.
Əsassız vəsatətlərlə işin uzadılmasına nail olma halları zamanı da tərəflərin 500 manatadək cərimələnməsi nəzərdə tutulur ki, bu da intizamlandırıcı məqsəd daşıyır.
Bundan başqa, dəyişikliklərdə bəzi prosessual müddətlərin azaldılması, bəzilərinin isə artırılması nəzərdə tutulur. Dəyişikliklərdə kasasiya şikayətlərinin hədləri də dəyişdirilir.
Vahid məhkəmə sisteminin təmin edilməsi baxımından bu həddin 2000 manatdan 5000 manata qaldırılması nəzərdə tutulur.
Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.