Xəbər lenti

Çempionlar Liqası: "Neftçi"nin potensial rəqibi müəyyənləşdi (YENİLƏNİB)
İdman10:15 19.07.2021

Çempionlar Liqası: "Neftçi"nin potensial rəqibi müəyyənləşdi (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
Qaynarinfo-nun məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə Azərbaycan çempionu "Neftçi"nin də potensial rəqibi müəyyənləşib.
"Ağ-qaralar" II raundda Yunanıstan "Olimpiakos"unu mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti mərhələdə "Mura” (Sloveniya) - "Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq. "Neftçi" ilk matçını evdə oynayacaq.
III təsnifat mərhələsinin görüşləri 3 - 4 və 10 avqustda olacaq.
Qeyd edək ki, "Neftçi" "Olimpiakos"la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.
11.40
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Qaynarinfo xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 14:00-da baş tutacaq. Püşkatmada Azərbaycan çempionu "Neftçi"nin Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşəcək. 
İlk təsnifat mərhələsində Tbilisi "Dinamo"sunu məğlub edən və  "Olimpiakos”a (Yunanıstan) rəqib olan "Neftçi" püşk zamanı səpələnmişlər səbətində yer alacaq.