"Qarabağ"la "Neftçi"nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki oyunlarının başlama saatı açıqlanıb.
Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hər iki təmsilçimiz pley-off mərhələsinə Bakıda start verəcək. Şotlandiya "Aberdin"i ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi ilk görüş saat 20:00-da, cavab matçı isə Bakı vaxtı ilə 22:45-də start götrürəcək.
"Neftçi"nin isə İsrail klubu "Makkabi" (Hayfa) ilə hər iki matçı 21:00-da başlayacaq.
Pley-off mərhələsinin oyunları avqustun 19-u və 26-da olacaq.
Səbuhi Həsənov