"Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri növbəti onlayn vətəndaş qəbulu keçirəcək.
Qaynarinfo xəbər verir ki, qəbul avqust ayının 27-də saat 12:00-da keçiriləcək.
Baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Siyəzən rayonu, baş direktorun satış üzrə müavini Rəşad Cavadov Xızı rayonu, baş direktorun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev isə Xaçmaz rayon sakinləri ilə videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Xaçmaz Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.