Xəbər lenti

Portuqaliyalı ulduz Azərbaycana gəlməyəcək
İdman08:39 30.08.2021

Portuqaliyalı ulduz Azərbaycana gəlməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
DÇ-2022-nin seçmə oyunlarında İrlandiya və Azərbaycanla üz-üzə gələcək Portuqaliya yığmasının heyətində dəyişiklik edilib.
Qaynarinfo xəbər verir ki, bu haqda Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Belə ki, İngiltərə klubu "Lester"də çıxış edən Rikardu Pereyra zədə səbəbindən heyətdən çıxarılıb. 27 yaşlı müdafiəçi "Vulverhempton"da oynayan Nelson Semedu ilə əvəzlənib.
Sentyabrın 1-də İrlandiyanı qəbul edəcək Portuqaliya, ayın 4-də Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.
Ayın 7-də isə bu komanda Bakı Olimpiya Stadionunda saat 20.00-da millimizlə qaşılaşacaq.
Səbuhi Həsənov