Xəbər lenti

"Keşlə"dən əzmkar qələbə
İdman13:14 11.12.2021

"Keşlə"dən əzmkar qələbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir matçı keçirilib.
Qaynarinfo xəbər verir ki, "Keşlə" "ASK Arena"da "Qaradağ Lökbatan"la qarşılaşıb. Görüşdə əvvəlcə Birinci Divizion təmsilçisi hesabı açsa da üstünlüyünü sona qədər qoruyub saxlaya bilməyib. "Keşlə" Samir Abdullayev və Rəhman Hacıyevin qolları ilə qələbə qazanıb - 2:1.
Bu qələbədən sonra 1/4 final mərhələsinə adlayan Sənan Qurbanovun komandası "Qarabağ"la qarşılaşacaq. 1/4 final mərhələsinin oyunları 1-2 fevralda baş tutacaq. 
1/8 final mərhələsinə bu gün keçiriləcək "Sabah" - "Kəpəz" matçı ilə yekun vurulacaq.
Azərbaycan Kuboku 1/8 final
11 dekabr (şənbə)
"Keşlə” – "Qaradağ Lökbatan” 2:1
(Samir Abdullayev, 32, Rəhman Hacıyev, 58 - Elnur Səmədov, 7)
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Müslüm Əliyev, Elçin Məsiyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
"ASK Arena”.
Səbuhi Həsənov