2022-ci ilin kişi futbolçulardan ibarət rəmzi komandası açıqlanıb.
Qaynarinfo-nun məlumatına görə, FİFA-nın açıqladığı "11-lik"də ilk dəfə Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo
"Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu 2007-ci ildən bəri ilk dəfə FİFA-nın versiyasına görə müəyyənləşdirilən ilin rəmzi yığmasına düşməyib. Digər maraqlı məqam simvolik "11-liy"in qapıçı mövqeyi ilə bağlıdır. İlin ən yaxşı qapıçısı Emiliano Martinez rəmzi "11-liy"ə salınmayıb. Əvəzində "Real"ın və Belçika millisinin qolkiperi Tibo Kurtua o mövqeyə layiq görülüb.
Qapıçı: Tibo Kurtua ("Real", Belçika).
Müdafiəçilər: Əşrəf Hakimi (PSJ, Mərakeş), Joau Kanselu ("Bayern Münhen"/"Mançester Siti", Portuqaliya), Vircil van Deyk ("Liverpul", Niderland).
Yarımmüdafiəçilər: Kevin de Bröyne ("Mançester Yunayted", Belçika), Luka Modriç ("Real Madrid", Xorvatiya), Kazemiro ("Mançester Yunayted", Braziliya).
Hücumçular: Lionel Messi, (PSJ, Argentina), Kərim Benzema ("Real Madrid", Fransa), Kilian Mbappe (PSJ, Fransa), Erlinq Holand ("Mançester Yunayted", Norveç).
Səbuhi Həsənov