AccessBank-ın yeni depozit kampaniyasına əsasən, Bankda manat valyutasında müddətli əmanət hesabı açan fiziki şəxslər illik 11%-dək, ABŞ dolları ilə hesab açanlar isə 2.2%-dək gəlir əldə edə bilərlər. Faiz əmanətin yerləşdirmə müddətindən asılıdır. Kampaniya çərçivəsində müştərilərə depozit, habelə kredit kartı da hədiyyə olunur.
AccessBank-a depozit yerləşdirməyin üstünlükləri:
* Tamamilə beynəlxalq səhmdarlara malik bankın müştərisi olursunuz.
* Sərfəli depozit faizi əldə edirsiniz.
* Banka yerləşdirilən depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.
Müddətli əmanət haqqında ətraflı məlumat:
Sifariş vermək üçün:
"AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin
www.accessbank.az saytına və ya bankın sosial şəbəkələrdə (
Facebook,
Instagram,
LinkedIn) hesablarına daxil olmaq olar.