Xəbər lenti

"Zirə" 3-cü pilləyə yüksəldi
İdman14:57 28.02.2022

"Zirə" 3-cü pilləyə yüksəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
Qaynarinfo-nun məlumatına görə, "Zirə" klubu "Səbail"in qonağı olub. "ASCO Arena"da oynanılan qarşılaşma "qartallar"ın minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Ağabala Ramazanov vurub.
Bu nəticədən sonra xallarını 31-ə çatdıran "Zirə" yenidən 3-cü pilləyə yüksəlib. 11 xalı olan "Səbail" isə sonuncu - 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura bu gün keçiriləcək "Keşlə" - "Qarabağ" matçı ilə yekun vurulacaq. İlk oyun günündə "Neftçi" səfərdə "Sabah"a 1:0, "Qəbələ" isə "Sumqayıt"a 4:0 hesabı ilə qalib gəlib.