Xəbər lenti

Məmmədyarov yenə heç-heçə etdi
İdman19:18 24.03.2022

Məmmədyarov yenə heç-heçə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin III mərhələsində bu gün növbəti görüşünü keçirib.
Qaynarinfo xəbər verir ki, o, III turda ağ fiqurlarla ABŞ təmsilçisi Lenyer Domingeslə üz-üzə gəlib. Görüş 31-ci gedişdə heç-heçə ilə yekunlaşıb.
B qrupunun digər görüşündə rusiyalı Daniil Dubov almaniyalı Vinsent Kaymerə uduzub. Məmmədyarov ilk turda Kaymerlə, ardınca Dubovla heç-heçə edib.
Hazırda Dominges və Kaymer hərəyə 2 xalla qrupun liderləridir. Bir pillə geriləyən Məmmədyarovun 1,5 xalı, Dubovun 0,5 xalı var.