Xəbər lenti

Məmmədyarov yenə heç-heçə etdi
İdman18:03 31.03.2022

Məmmədyarov yenə heç-heçə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-prisinın III mərhələsində ikinci yarımfinal görüşünü keçirib.
Qaynarinfo xəbər verir ki, 37 yaşlı qrossmeyster ağ fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. Tərəflər 51-ci gedişdə "sülh"ə razılaşıb.
İkinci qarşılaşmada da heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün aprelin 1-də tay-breyk oynanılacaq