Xəbər lenti

Neftimiz yenidən bahalaşdı
Ekonomiks06:16 05.04.2022

Neftimiz yenidən bahalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,86 ABŞ dolları və ya 1,68% artaraq 112,44 dollar təşkil edib.
Dünən "Brent” markalı neftin bir bareli 104,39 ABŞ dolları olub.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.