2023-cü ilin ən yaxşı hakimləri müəyyənləşib.
Qaynarinfo-nun məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) polşalı referi Şimon Marçinyakı ən yaxşı hakim adına layiq görüb. 43 yaşlı ədalət təmsilçisi 175 xalla birinci pillədə qərarlaşıb. İkinci pillədə Daniel Orsato (95 xal) qərarlaşıbsa, ilk "üçlüy"ü fransalı Klemen Turpin (64 xal) qapayıb.
Keçən ilin dekabrında Marçinyak, Qətərdə Argentina və Fransa arasında keçirilən dünya çempionatının final matçını idarə edib. O, 2022-ci ildə də ən yaxşı hakim adına layiq görülmüşdü.
Səbuhi Həsənov