İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı”nın oktyabr sayını təqdim edib.
Valyuta.az quruma istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3% artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.
İlin ilk 9 ayında ən çox ixrac edən özəl şirkətlərin siyahısını təqdim edirik.
1. "MKT İstehsalat Kommersiya” MMC - 79.4 milyon $ (2023-cü il -66.1 milyon $)
2. "Silk Vey Vest” Aviaşirkəti” MMC - 75.5 milyon $ (2023-cü il - 619 min $)
3. "ASG Business Aviation” MMC - 70 milyon $ (2023-cü il - 14 min $)
4. "Baku Steel Company” QSC - 47.6 milyon $ (2023-cü il - 57.4 milyon $)
5. Süleymanova Göhər Süleyman qızı - 34.8 milyon $ (2023-cü il - 0)
6. "Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC - 32 milyon $ (2023-cü il -16.8 milyon $)
7. "Atena” MMC - 28 milyon $ (2023-cü il - 3.3 milyon $)
8. "TABATERRA” QSC - 27.5 milyon $ (2023-cü il - 415 min $)
9. "P-Aqro” MMC - 25.6 milyon $ (2023-cü il -28.6 milyon $)
10. "My Vegetables” MMC - 22 milyon $ (2023-cü il -0)
Məlumat üçün qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə 309.7 milyon dollarla ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (2023-cü il - 271.7 milyon $) başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar:
2. "Socar Polymer” MMC - 192.9 milyon $ (2023-cü il - 231.5 milyon $)
3. "Azəralüminium” MMC - 107.1 milyon $ (2023-cü il - 97.9 milyon $)
4. "AzerGold” QSC - 97.4 milyon $ (2023-cü il - 73.3 milyon $)
5. "Azərenerji”ASC - 73.7 milyon $ (2023-cü il - 329.7 milyon $)
6. "Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC - 42.6 milyon $ (2023-cü il - 17.7 milyon $)
7. "Azərbaycan Hava Yolları” QSC - 12.7 milyon $ (2023-cü il - 16.8 milyon $)
8. Naxçıvan MR Dövlət Energetika Xidməti - 781 min $ (2023-cü il - 710 min $)
9. "Suraxanı Maşınqayırma zavodu”ASC - 443 min $ (2023-cü il - 0)
10."Azəripək” MMC - 291 min $ (2023-cü il - 1200 $)
Şərhlər