Xəbər lenti

2026-2030-cu illər üçün məşğulluq strategiyası üzrə Tədbirlər Planı təsdiqləndi
Ekonomiks 13:55 20.07.2026

2026-2030-cu illər üçün məşğulluq strategiyası üzrə Tədbirlər Planı təsdiqləndi

Azərbaycanda məşğulluq strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı təsdiqlənib.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməli, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->