
Xəbər verdiyimiz kimi, Azərbaycanın futzal millisi Kolumbiyada keçirilən dünya çempionatında daha bir tarix yazıb.
Qaynarinfo.Az xəbər verir ki, yığmamız 1/8 finalda Tailand millisini 13:8 hesabı ilə məğlub edərək 1/4 finalda Portuqaliya ilə qarşılaşmaq imkanı əldə edib. Yeri gəlmişkən, bu qarşılaşma sentyabrın 25-də, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 26 sentyabr, saat 03:00) Kali şəhərindəki "Kolizeo El Pueblo" İdman Kompleksində keçiriləcək.
21 qolun vurulduğu Tailand - Azərbaycan qarşılaşmasının videosunu təqdim edirik.
Qaynarinfo.Az