Fransız üzgüçü Leon Marşand 400 metr məsafəyə yarışda dünya rekordunu yeniləyib.
Qaynarinfo-nun məlumatına görə, Marşand kişilər arasında 400 metr məsafəyə üzgüçülük yarışında ABŞ idmançısı Maykl Felpsin 15 illik dünya rekordunu yeniləyib .
Yaponiyanın Fukuoka şəhərində keçirilən su idman növləri üzrə dünya çempionatının ilk günündə 21 yaşlı fransız 400 metrlik məsafəni 4.02.50 dəqiqəyə qət edib. Beləliklə o, yeni rekorda imza atıb.
Felps 2008-ci il Pekin Olimpiadasında 4:03,84 nəticə ilə rekorda sahib idi.
Səbuhi Həsənov