Xəbər lenti

22 il əvvəl Şuşada gizli çəkilmiş fotolar
Ölkə05:28 08.09.2022

22 il əvvəl Şuşada gizli çəkilmiş fotolar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, diplomat Vilayət Quliyev 22 il əvvəl Şuşada gizli çəkilmiş fotoları yayıb. 
Qaynarinfo xəbər verir ki, səfir paylaşdığı fotoların ATƏT-in şəxsi nümayəndəsi Andjey Kasprşikin çəkdiyini bildirib.
"Bu şəkilləri 2000-ci ildə mənim xahişimlə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik işğal altındakı torpaqlarımıza növbəti səfərlərindən biri zamanı çəkmişdi. Təxminən 50 şəkildir. Şuşa muzeyinə hədiyyə edəcəyəm. Andjeyin bəlkə də yeganə xeyirli işidir…” - paylaşımda deyilir.