Səudiyyə Ərəbistanı hökuməti ölkədə birinci dəfə metro xəttinin çəkilişi üçün ABŞ, İspaniya və İtaliya şirkətləri ilə 22,4 milyard dollarlıq müqavilə bağlayıb.
ANN.Az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, hökumət idarələrini, aeroportu və ticarət mərkəzi olan "King Abdullah"ı birləşdirəcək metro xətti 6 stansiyadan ibarət olacaq.
Metro tikintisində bu şirkətlər iştirak edəcək: ABŞ şirkəti olan "Bechtel Group Inc". (9,4 mlrd. dollar), ispan qurumu "Fomento de Construcciones y Contratas" (7,8 mlrd. dollar) və italyan kampaniyası STS SpA (5,2 mlrd. dollar).
Tikinti işlərinə 2014-cü ilin birinci rübündən başlanılacaq.