Xəbər lenti

22 yaşlı azərbaycanlı qız türk oğlana elçi düşdü - FOTO
Ölkə16:47 24.11.2016

22 yaşlı azərbaycanlı qız türk oğlana elçi düşdü - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Star TV"də yayımlanan "Zühal Topalla" adlı evlilik verilişində daha bir azərbaycanlı qız qatılıb. 

Qaynarinfo.Az axşam.az-a istinadən bildirir ki, Fatimə adlı qız proqramda iştirak edən bəy namizəd Dəniz üçün ora gəldiyini deyib. 

22 yaşlı Fatimə "Bakıdan gəlirəm. Heç yerdə çalışmıram. Anamla yaşayıram" deyə, bildirib. Fatimə daha sonra Azərbaycanda gözəllik yarışmasına qatıldığını, Dənizə görə müsabiqəni yarımçıq qoyduğunu söyləyib:

"Finala qədər gəlib çatmışdım, amma yarımçıq qoydum. Dəniz əlimdən çıxar deyə düşündüm".

Artıq 3 gündür verilişdə olan Fatimə Dənizlə tanışlıq ərəfəsindədir.

Qaynarinfo.Az