
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış komissiyanın ötən gün növbəti iclası keçirilib.
Maliyyə Nazirliyindən Qaynarinfo.Az-a verilən məlumata görə, iclasda mənzil növbəsində olan, Silahlı Qüvvələrdə 20 il və daha çox xidmət etmiş 404 nəfərdən 222-nin mənzillə təmin edilməsinə dair qərar qəbul edilib, 304 hərbi qulluqçu mənzil növbəsinə qəbul olunub.
Qaynarinfo.Az