Xəbər lenti

24 yaşlı ananın 4-cü uşağı maşında doğuldu (VİDEO)
Video 15:44 26.09.2025

24 yaşlı ananın 4-cü uşağı maşında doğuldu (VİDEO)

Zərdab rayonunda avtomobildə körpə dünyaya gəlib.

Ötən gün saat 10:30 radələrində 2001-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə əlaqədar Zərdab Rayon Mərkəzi Xəstəxanasının Doğum evinə müraciət edib.

Doğuş prosesi yolda olarkən anidən başladığından proses Doğum şöbəsinin həkim heyəti tərəfindən tibb müəssisəsinin həyətində tamamlanıb.

Qadının 4-cü hamiləliyindən boyu 46 sm, çəkisi 2 kq.300 qram oğlan övladı dünyaya gəlib.

Tibb müəssisəsinin Doğuş şöbəsində yerləşdirilən zahı qadına və körpəsinə zəruri tibbi xidmətlər göstərilib.

Zahı qadından və körpədən lazımi laborator analizlər götürülüb, ultrasəs müayinəsinə (USM) cəlb olunub və hər ikisinin vəziyyəti nəzarətdə saxlanılır.

Ana və körpənin müalicələri müvafiq şöbədə davam etdirilir, hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə ananın avtomobildə körpəsini dünyaya gətirməsi ilə bağlı video yayılmışdı. //Qafqazinfo

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->