Xəbər lenti

25 abituriyentin nəticəsi ləğv edildi
Ölkə11:04 15.07.2013

25 abituriyentin nəticəsi ləğv edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçirilən III ixtisas qrupu üzrə qəbul imtahanından 25 nəfər xaric olunub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, onlar imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən, imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon keçirməyə cəhd göstərən abituriyentlərdir. 25 abituriyentin hər biri imtahandan xaric olunub və nəticələri ləğv edilib.

TQDK rəsmisi növbəti imtahanlarda iştirak edəcək abituriyentlərə müraciət edib. O qeyd edib ki, imtahan gələn abituriyentdən 2 sənəd gətirmək tələb olunur - şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi: “Abituriyentlər  qaydalara zidd hərəkətlərə yol verdikdə, imtahana gətirilməsi qadağan olunan vasitələri, o cümlədən mobil telefon gətirdikdə onlar imtahandan xaric olunacaq, nəticələri ləğv ediləcək”.

Qeyd edək ki, imtahan nəticələrinin yaxın günlərdə açıqlanması nəzərdə tutulur.

Qaynar.info