Xəbər lenti

25 ədəd şokalada görə bir ay həbs yatacaq
Ölkə14:04 07.03.2023

25 ədəd şokalada görə bir ay həbs yatacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhəri, Nizami rayonunda yerləşən "Araz” marketdən 25 ədəd "Alpen Gold” markalı şokolad oğurlayan şəxs cəzlandırılıb. 
Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Rauf (şərti) marketə daxil olduqdan sonra bölmələri gəzərək özünü şübhəli aparıb. O, mühafizə xidməti otağında müşahidə kameraları ilə izlənib. Rauf marketin şirniyyat bölməsində vitrində olan çox sayda "Alpen Gold” markalı şokoladı götürüb, gödəkçəsinin içərisinə qoyub. Mühafizəçi dərhal ona yaxınlaşaraq saxlamış və şokaladları əlindən alıb. 
Bundan sonra hüquq mühafizə orqanlarına təhvil verib. 
Məhkəmənin qərarı ilə Rauf İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1 ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.
Əhməd