Xəbər lenti

25 nəfər ədliyyə orqanlarından xaric edilib, 12-si işdən çıxarılıb
Ölkə15:36 18.08.2020

25 nəfər ədliyyə orqanlarından xaric edilib, 12-si işdən çıxarılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cari ilin 6 ayı ərzində 80-dən artıq gənc ədliyyə orqanlarına qulluğa qəbul olunub, 70 işçinin rotasiyası aparılıb 
Qaynarinfo xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son dövrdə fəaliyyətində pozuntulara və ciddi nöqsanlara yol verən 400 ədliyyə işçisi, o cümlədən 40 icra xidməti əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. Cəza almışlardan 25 nəfəri ədliyyə orqanlarından xaric olunub, 12-si məsul vəzifəsindən azad edilib. Hətta 5-i barədə materiallar istintaqa göndərilib.
16 nəfər ədliyyə işçisi xüsusi karantin rejimi tələblərini pozduqlarına görə cəzalanıb.