Xəbər lenti

25 yaşlı gənc yol qəzasında ağır xəsarət aldı
Ölkə08:49 06.02.2022

25 yaşlı gənc yol qəzasında ağır xəsarət aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Gülüstan yolu deyilən ərazidə avtomobil yolu keçən 1997-ci il təvəllüdlü Süleymanlı Hafiz İlham oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.