Xəbər lenti

25 yaşlı idmançı atdan yıxılıb öldü
İdman10:17 05.02.2024

25 yaşlı idmançı atdan yıxılıb öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
25 yaşlı Kiqan Kirkbi "Charing Racecourse” yarışında dünyasını dəyişib
Qaynarinfo-nun məlumatına görə, 25 yaşlı gənc jokey atdan yıxılaraq ölüb.
Noyabr ayında ən yaxşı jokey nominasiyasına layiq görülmüş Kirbinin sürdüyü "Afadil” adlı at hasarın qanadından keçərkən idmançının yıxılmasına səbəb olub. Yıxıldıqdan sonra həkimlər tərəfindən ilkin tibi yardım alıb. Ancaq onun xəstəxanaya hava yolu ilə çatdırılması təmin olunmadığına görə idmançının həyatı xilas edilə bilməyib. 
Kirbinin sevgilisi Emili Burge sosial şəbəkələri vasitəsilə hisslərini, "İllər ərzində heç vaxt düşünməmişdim ki, mənə sənin kimi qayğı göstərən birini tapacağam. Qəlbim qırıldı və həmişə belə olacaq . İşdə çətin həftənin sonunda işıq oldun. Göllərə getmək və Eksmorda böyüdüyüm yeri sizə göstərmək üçün yayda çoxlu planlarım vardı. Çox ügünəm və səni həmişəlik sevəcəm” - deməklə ifadə edib.
Səbuhi Həsənov