Xəbər lenti

25 yaşlı oğlan iş adamını güllələdi - FOTO
Ölkə10:16 12.10.2016

25 yaşlı oğlan iş adamını güllələdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Abşeron rayonunun Qobu qəsəbəsində baş verən qətlin bəzi təfərrüatı məlum olub.
1975-ci il təvvəlüdlü Abbasov Rövşən Rafiq oğlunu "Vinçester" markalı silahla qətlə yetirən 25 yaşlı Tural Zakir oğlu Əlizadə istintaqa ifadəsində bildirib ki, R.Abbasovla əvvəlcədən ədavəti olub.

Onlar "söhbət etmək" üçün kafedə görüşüb.

Kafedən çıxdıqdan sonra sözləri yenidən çəp gəlib. Bu zaman T.Əlizadə "Vinçester" markalı silahdan əvvəlcə havaya atəş açıb. Daha sonra T.Əlizadə R.Abbasovun ayağını güllə ilə yaralayıb.

O, üçüncü gülləni R.Abbasovun ürək nahiyəsinə vurub.

T.Əlizadə cinayət məsuliyyətinə cəlb edilib, araşdırmalar davam etdirilir.(report)

Qaynarinfo.Az