İdman 10:53 19.03.2024

29 ildən sonra baş məşqçi postunu tərk edir

Almaniya Bundesliqası komandası "Frayburq”un baş məşqçisi Kristian Streyx mövsümün sonunda postunu tərk edəcək.

Qaynarinfo-nun məlumatına görə, bu barədə mütəxəssis klubun internet saytına açıqlama verib. O, "Uzun müddət düşündüm və bir çox insanla danışdım. 29 ildən sonra inanıram ki, indi yeni insanlara və yeni imkanlara yer açmağın zamanıdır" - ifadələrinə yer verib.

Futbolçu karyerası ərzində "Frayburq"da da çıxış edən 58 yaşlı Streyx 1995-ci ildə elə klubun infrastrukturunda məşqçi kimi fəaliyyətə başlayıb. 1996-cı ildə "Frayburq"un 19 yaşadək futbolçulardan ibarət komandasına məşqçi təyin olunan Streyx 2007-ci ildə A komandasında köməkçi, 2011-ci ildə isə baş məşqçi olub.

Səbuhi Həsənov