Xəbər lenti

3 ayda 4 milyard xərclənib – Büdcədən
Ekonomiks11:32 16.05.2015

3 ayda 4 milyard xərclənib – Büdcədən

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin birinci rübündə dövlət büdcəsinə 3,9 milyard manat vəsait daxil olub, büdcədən 4,2 milyard manat vəsait xərclənib. 

Qaynar.info Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 251,0 milyon manatlıq kəsir ümumi daxili məhsulun 2,2 faizinə bərabər olub. Büdcə xərclərinin 2,1 milyard manatı iqtisadiyyatın inkişafına, 522,1 milyon manatı sosial müdafiə və sosial təminata, 387,6 milyon manatı təhsil və səhiyyəyə yönəldilib. Bundan əlavə, yanvar-mart aylarında muzdla işləyənlərin orta aylıq əmək haqqı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artaraq 449,5 manat təşkil edib. 2015-ci ilin dörd ayında ölkə əhalisinin gəlirləri 5,7 faiz artaraq 12,6 milyard manata çatıb . Gəlirlərin 74,4 faizi son istehlaka, 9,8 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 13,7 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.

Qaynar.info