
Tokio mağazalarından biri təxminən 43 milyon yen (təxminən 420,000 dollar) dəyərində təmiz qızıldan futbol topunu satışa çıxarıb.
Fanat.az xəbər verir ki, aksiya Braziliyada keçirilən Dünya Futbol Kuboku açılışına həsr olunub. Topun hazırlanmasına üç kiloqram qızıl sərf edilib.
Qeyd edək ki, Dünya futbol Kuboku yarışları 12 iyun-13 iyul tarixləri arasında Braziliyada keçiriləcək. San-Paulunun “Arena Korintians” stadionunda keçirilən açılış oyunu mundial sahibi ilə Xorvatiya arasında olacaq. Görüşün başlanğıcı yerli vaxtla saat 17:00 (Bakı vaxtı ilə 01:00 cümə) radələrində olacaq.
FIFA Dünya Kuboku final matçı iyulun 13-də Rio de Janeyronun “Marakana” stadionunda keçiriləcək.
Qaynar.info