Xəbər lenti

3 məhkum məşhur həbsxanadan belə qaçdı (VİDEO)
Ölkə11:15 27.07.2017

3 məhkum məşhur həbsxanadan belə qaçdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Koliforniya ştatında ən yüksək təhlükəsizliyin təmin edildiyi, çoxsaylı nəzarətçisinin olduğu həbsxanadan 3 məhkum qaçmağı bacarıb.

"Qaynarinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, məhkumlar qaçış anlarını telefonla çəkərək, sosial şəbəkədə paylaşıblar. Qaçanlar 20 yaşlı Conatan Tiu, 43 yaşlı Bak Duonq və 37 yaşlı Hüseyn Nayeri olub.

Hüseyn Nayeri qaldıqları kamerada divarın metal havalandırma xəttini kəsir. Qaçış buradan başlayır və həbsxananın damında sona çatır. Həmin anda Nayeri danışmağa başlayır və belə deyir:

"Bir çox insan 8 dəqiqədə həbsxananın damına necə çıxdığımızı düşünür. Lakin bu bizim sirrimizdir".

Məhkumların həmçinin dəniz kənarında çəkilmiş fotoları da yayılıb. Məhkumların içəriyə necə telefon keçirdikləri isə məlum deyil.

Lakin onların azadlıqları çox da uzun çəkməyib. Nayeri və Tiu 6 gün sonra San-Fransiskoda saxlanılıb. Duonqu isə 3 məhkumla bərabər taksi sürücüsü polisə təslim edib.

Çingiz

Qaynarinfo.Az