Bakıda Ruslan, Faiq və Elnur adlı cibgir qardaşlar həbs ediliblər.
Qaynarinfo-nun məlumatına görə, onlar 6 və 14 saylı xətt avtobuslarda müxtəlif vaxtlarda sərnişinlərə məxsus telefonları və müxtəlif əşyaları oğurlamaqda təqsirli bilinib.
Qardaşlar 14 yaşlı azyaşlının üzərindən "İphone-14” Pro Max markalı telefonu oğurlamalarını izah ediblər. İnsanların cibinə girib, pul və ya qiymətli əşyalar oğurlamaq məqsədilə onlar 10 noyabr 2022-ci il tarixdə, saat 17:30 radələrində Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən "Mazakeya" uşaq geyimləri mağazasının qarşısından 6 saylı avtobusa miniblər. "Lider TV"nin yaxınlığına çatanda böyük qardaş Ruslan həmin avtobusdakı təxminən 14-15 yaşlarında bir oğlanın cibində telefonu görərəmk onlara işarə edib. Ortancıl qardaş Faiq azyaşlını itələyib. Böyük qardaş Ruslan fürsətdən istifadə edərək müvazinətini itirən azyaşlının cibindən telefonu götürüb. Ruslan telefonu götürəndən sonra kiçik qardaşı Eminə verib. Daha sonra qardaşlar bir-birlərinə işərə edərək "Lider TV”nin yanında düşüblər. Yerə düşəndən sonra Elnur telefonu "Mazakeya"nın yanında İsmayıl adlı şəxsə 350 manata satıb.
Məhkəmənin qərarı ilə Ruslan və Faiq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barələrində 2 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Elnura isə 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.
Əhməd