Xəbər lenti

3 rayonda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçiriləcək
Ekonomiks15:00 13.03.2019

3 rayonda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevral ayından etibarən "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Növbəti səyyar satışlar mart ayının 14-də Kürdəmir rayonun Karrar kəndində, mart ayının 15-də Xaçmaz rayonun Ləcət kədində, mart ayının 16-da Siyəzən rayonun Qozağacı kəndində keçiriləcəkdir. Bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana biləcəklər. 
Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edirlər.
Səyyar satış barədə ətraflı məlumat almaq üçün, Kürdəmir rayonu üzrə +99470 232 66 07 (Mətləb Kərimov Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru),  Xaçmaz rayonu üzrə +99450 524 84 15 (Azər Haqverdiyev Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru), Siyəzən rayonu üzrə +99450 351 00 52 (Ənvər Hüseynov Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru), nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Səyyar satış məkanına yaxın ətraf kəndlərin siyahısı

Rayon

Səyyar satış təşkil ediləcək məntəqə

Ən yaxın kəndlər

Kürdəmir rayonu

Karrar kəndi

Pirli, Xınıslı və digər ətraf kəndlər

Xaçmaz rayonu

Ləcət kəndi, İƏV-nin binasının yanı

Yalama, Susay, Xudat şəhəri, Nabran, Seyidli, İstisu, Köhnə-Xudat ərazi dairələri və digər ətraf kəndlər

Siyəzən rayonu

Qozağacı kəndi

Məsrif, Qalaaltı, Calgan, Qərəh, Qozağacı, Eynibulaq, Sədan və digər ətraf kəndlər