Xəbər lenti

3 rayonda yanğın oldu
Ölkə07:38 14.07.2013

3 rayonda yanğın oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın 3 rayonunda yanğın baş verib. 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Göyəçöl kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 27 kv.m olan talvarda yanğın baş verib. Nəticədə talvarın yanar konstruksiyaları 17 kv.m sahədə və altına yığılmış taxta tullantıları 3 kv.m sahədə yanıb. Talvarın qalan hissəsi yanğından mühafizə olunub.  

 Ağstafa rayonu, Qarahəsənli kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 17 ton ot bağlamasının 7 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, Yevlax şəhərində hazırda fəaliyyət göstərməyən hər mərtəbəsi 160 kv.m olan ikimərtəbəli çörəkbişirmə sexində baş verib. Nəticədə, sexin birinci mərtəbəsinə yığılmış boş un kisələri 64 kv.m sahədə yanıb. Sex yanğından mühafizə olunub.

Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.