30 ildən çoxdur qəzalı vəziyyətdə olan bina hər an uça bilər (VİDEO)
Uzaqdan tərk edilmiş, istismar müddətini başa vurmuş tikiliyə bənzəsə də bu uçuq, qəzalı binada yaşayış var.
Xezerxeber.az xəbər verir ki, 30 ildən çoxdur qəzalı vəziyyətdə olan bina artıq sakinləri üçün təhlükə saçır.
Bakının Xətai rayonu Məməddəm Hadi küçəsi 152 ünvanında yerləşən qəzalı bina illər əvvəl Metropoliten işçiləri tərəfindən tikilib. Hazırda isə qurumların belə yadına düşməyən 9 mərtəbəli binanın 150-ə yaxın sakinin olduğu deyilir
Şikayətçilərin sözlərinə görə, binanın 8 və 9-cu bloklarının dam örtüyü belə yoxdur. Bu səbədən yağışlı qarlı havalarda evlər su altında qalır.
Sakinlər deyir ki, binaya qəzalı olması ilə bağlı rəy verilib. Lakin qərarı icra edən orqan yoxdur. Məsələ ilə bağlı Ərazi üzrə 118 saylı MKİS-dən "Xəzər Xəbər”ə bildirildi ki, sözügedən bina 1987-1988 -ci ildə Metrotunel tikinti tresti tərəfindən yarımçıq inşa edilib. Bu səbəbdən də aidiyyatı dövlət gurumu tərəfindən təhvil təslim aktı yoxdur. Yarım tikilinin heç bir sənədi olmadığı üçün qanunsuz hesab edilir və orda yaşayanlar başqa yerdə özlərinə ev almalıdırlar.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər